تبليغاتX
SHAHSEVAN ELSEVAN - birdana yior
khosh galimiyiz

Şirazın boz dağları
Tutubdu toz dağları
Molam qanad verseydi
Aşardım tez dağları

2 (qulay)

Qarşıda qoç yatıbdı

Qoç buynuzu çatıbdı

Heyif qoç əməginə

Qurru yerdə yatıbdı

3 (yaxçı)

Qaraqandan qar göndər

Ağ dəsmala sar göndər

Müşgil işim düşübdü

İmamlardan car göndər

4 (yaxçı)

Ağ at biçində gəzər

Buxav qiçində gəzər

Qurban olum qardaşa

Xanlar içində gəzər

5 (yaxçı)

Əli əlidən mədəd

Molam Əlidən mədəd

Xalxa bəydən paşadan

Bizə Əlidən mədəd

6 (yaxçı)

Dağdan gəler dağ kimi

Hevkirer allah kimi

Əyiler su içməgə

Bağırer oğlaq kimi

7 (yaxçı)

Bu bazar uzun bazar

İçində bir qiz gəzər

Əlində qələm davad

Dərdimə dərman yazar

8 (yaxçı)

Saqqız ağacı haça

Əlim dulaşdı saça

Bir mərd oğlan isterem

məni götürə qaça

9 (qulay)

Bu kəklik naşı kəklik

qanadın qaşı kəklik

Altına su düşübdü

Balasın daşı kəklik

10 (yaxçı)

Həsəniyəm həsəni

Tarım saxlasın səni

Xəstə göyül nar istər

mənim göynüm ha səni

11 (yaxçı)

Baba naçar ağlama

Gündü giçər ağlama

Qapını bağlayan baba

Bir gün açar ağlama

12 (qulay)

Çubuğu çaldım duvara

Elçi göndərdim yara

Nəhlət gəlsin bu yara

Elçimə cavab oldu

13 (yaxçı)

O yandan Əli gəler

Əli divəli gəler

Qardaşım şah nükəri

Sağlıq xəbəri gəler

14 (yaxçı)

Qapıdan biri gəldi

Tarının nuru gəldi

Bu arxı kim pəklədi

Su bilə duru gəldi

15 (yaxçı)

Həsən Hüseyn arxları

Buy tutub qırnaxları

Sən ol səlbi ağacı

mən olum budaxları

16 (yaxçı)

Saqqız ağacı ları

dibində qalı sarı

Hər bir yana getsəm də

qibləmdi sənə sarı

17 (qulay)

Qoz ağacı quruldu

Dibində su duruldu

Hamının yarı gəldi

mənim boynum buruldu

18 (orta)

Bu dağlar Gənə dağlar

Çixaydım sənə dağlar

Molam qanad verseydi

Aşardım səni dağlar

19 (orta)

Qaralar var ağlar var

Ağ sinəmdə dağlar var

Qoy gülə göynü şadlar

Biz gülməli çağlar var

20 (orta)

Bu dağlar bəlgəli dağlar

Dibi kölgəli dağlar

Oturdam yol gözlərəm

haçaq el gəli dağlar

21 (pis)

Bu dağlar başı qardı

Mənim işim ahızardı

Şirin laylay çalan yoxdu

Yar yanından gələn yoxdu

22 (qulay)

Zula tikən

Verib qolqola tikən

Bilməm hardan gələrəy

Gözüm o yola tikəm

23 (pis)

Bir çay geçdim daşı yox

Bir atr mindim başı yox

Heyif olsun dədəmə

Yanında qardaşı yox

24 (yaxçı)

Qoz ağacı döyləm mən

Hər gələnə əyiləm

Əyil üzüydən öpüm

Mən özgəsi döyülem

25 (orta)

Qıt at nalın qurbanı

Xətti xalın qurbanı

Məni yetir qardaşa

Dırnaqların qurbanı

26 (orta)

Qızıl gülü dərərlə

Dəsdə dəsdə sərərlə

xoş o qizin halına

sevdiginə virərlə

27 (orta)

Dağların göy çiməni

Güyərer göy çiməni

Ya gəzərəm taparam

Ya vurar avçı məni

28 (qulay)

Baba mənəm baba mən

Bir don geydim qaba mən

Yıxdım özüm öz yevim

İləmədim toba mən

29 (pis)

Burdan bir maya geçdi

Çalxandı çaya geçdi

Ət tökdü sümük qırdı

Əməgi zaya geçdi

30 (yaxcı)

Damdamadı damımız

Quşadı eyvanımız

Sən ordan çıx mən burdan

Kör olsun düşmənimiz

31 (yaxçı)

Damdan dama gəlmişəm

Yer salmağa gəlmişəm

Mən oğlanın bacısı

Qız almağa gəlmişəm

+ نوشته شده در  ساعت   توسط مدیر |